Deputat Seyran Ohanyana qarşı cinayət işinin açılmasına razılıq verilməsi ilə bağlı baş prokurorun vəsatəti üzrə Ermənistan parlamentində keçirilən səsvermə başa çatıb.
Teleqraf.com xəbər verir ki, parlamentin Hesablama Komitəsinin sədri Narek Babayan səsvermədə 107 deputatdan 68-nin iştirak etdiyini və onların hamısının lehinə səs verdiyini açıqlayıb.
Beləliklə, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan toxunulmazlıqdan məhrum edilib.
Barəsində cinayət işi açılacaq Ohanyanın bu çərçivədə həbs olunacağı gözlənilir.
1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyan Xocalı soyqırımının təşkilatçılarından və müəlliflərindən biridir.