ABŞ regionda Rusiya ilə açıq hərbi toqquşmaya səbəb ola biləcək səviyyədə Arktikaya (Şimal qütbü) marağını artırıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Arktika İnstitutunun rəhbəri Malte Hampert deyib.
“Arktika bölgəsinə gəldikdə, Amerika həqiqətən də getdikcə daha çox maraq və təşəbbüs göstərir. Amma bu, Üçüncü Dünya Müharibəsinə hazırlıq deyil”, - Hampert bildirib.
Bununla belə, o, ABŞ-ın bölgə uğrunda Rusiya ilə hərbi qarşıdurmaya girəcəyini də istisna etməyib.
Hampertin sözlərinə görə, ABŞ Rusiyanı düşmən dövlət hesab edir və bu düşmənçiliyin Arktikaya da keçə biləcəyinə inanır.
ABŞ ordusunun generalı, Milli Qvardiyanın rəisi Den Hokanson isə söyləyib ki, Arktikada hərbi qarşıdurma yaranarsa, NATO-dakı müttəfiqləri Vaşinqtonun dəstəyinə arxalanacaq. General ABŞ-ın müttəfiqlərini Şimal qütbünə getməyə hazır olmağa çağırıb.