9 Fevral 2023 08:43
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhbəri Erik Qrin vəzifəsini tərk edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb onun təqaüdə çıxmasıdır.

Departament rəhbəri kimi Qrin əslində Ağ Evdə Rusiya üzrə baş mütəxəssis idi.

O, 2021-ci ildə Cenevrədə Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşünün əsas təşkilatçılarından biri olub.

Onun yerinə kimin təyin edilməsi haqqında isə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər