9 Fevral 2023 10:43
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində bəzi ərazilərdə dəniz təxminən 25 metr çəkilib.

Teleqraf.com xəbər verir ki, yaşanan gəlişmə İzmir sakinlərini təşvişə salıb.

Dənizin çəkilməsilə kiçik adalar əmələ gəlib, qayıqlar quruda qalıb.

Təşvişə düşən sakinlər 2020-ci il oktyabrın 30-da İzmirdə zəlzələ və sunami fəlakəti yaşadıqlarını, o günləri dünənmiş kimi xatırladıqlarını və bunun Kahramanmaraşda zəlzələdən sonra baş verməsindən qorxduqlarını bildiriblər.

Fevralın 6-da Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələ 10 vilayətdə dağıntılara və minlərlə insanın ölümünə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər