Oxşar xəbərlər
Episentri Kahramaraşa düşən zəlzələlərdən sonra Adanada 60 yaralı prezident təyyarəsi ilə müalicə olunmaq üçün Ankaraya gətirilib.
Teleqraf.com xəbər verir ki, Adanadan havaya qalxan təyyarə gecə saatlarında Esenboğa hava limanına eniş edib.
Ankara və Kırıkkaledən gələn 60 təcili yardım maşını təyyarənin gəlişi üçün hava limanında hazır vəziyyətdə saxlanılıb. Təyyarə yerə enən zaman yaralılar təcili yardım maşınlarına aparılıb. 60 nəfərdən 40-ı Etlik Şəhər Xəstəxanasına, 20-si isə Bilkənt Şəhər Xəstəxanasına yerləşdirilib.