9 Fevral 2023 12:25
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin tapşırığı yerinə yetirilir, ordu şərqdə beş istiqamətdə irəliləməyə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

General bildirib ki, hələ Kremli qarşıda ciddi sınaqlar gözləyir:

“Rusiya ən son texnikanı Ukraynaya çəkərək insanları maksimum səfərbər edir. Hərbçilər Putinə deyirlər ki, böyük müharibə perspektivsizdir, buna görə də Kreml diplomatik yollar axtarır. Lakin o, öz şərtləri ilə işğalı dayandırmaq istəyir ki, bu da Kiyev üçün qəbuledilməzdir.

Qərbin mövqeyinə gəlincə, təəssüf ki, Putinin neft və qaz dollarları ilə qidalanan bəzi Qərb siyasətçiləri artıq müharibənin dayandırılması məsələsini gündəmə gətirirlər. Sülh danışıqları Ukrayna ərazisinin 20%-nin itirilməsi deməkdir”.


Müəllif: Nemət