9 Fevral 2023 12:34
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ramşteyn” formatında təmas qrupunun yeni görüşü fevralın 14-də baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

“İrəliləyişlərin nəzərdən keçirilməsi, həmçinin gələcəkdə Ukraynaya kömək etmək üçün daha nələrin edilməsi ilə bağlı əsaslı müzakirələr gözlənilir”, - Pentaqon rəsmisi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ukraynanın təcili ehtiyaclarını müəyyən etmək üçün Kiyev və beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələri davam etdirəcək:

“Biz çox çalışacağıq ki, Ukraynaya döyüş meydanında uğur qazandıra biləcək imkanlar təqdim edək”.

Qeyd edək ki, “Ramşteyn” formatında səkkizinci görüş 19 yanvar 2023-cü ildə baş tutub. Tərəfdaşlar tankların Ukraynaya ötürülməsi məsələsini nəzərdən keçiriblər. İclas zamanı heç bir qərar verilməsə də, bir neçə gün sonra bir sıra ölkələr hərbi texnikanın təhvil verildiyini açıqlayıb.

“Politico” nəşri bildirib ki, “Ramşteyn” formatında keçiriləcək yeni görüşdə Ukrayna üçün aviasiya məsələsi müzakirə oluna bilər.

Məlumat üçün bildirək ki, “Ramşteyn” təmas qrupu böyük anti-Rusiya platformasıdır və burada 40-dan çox dövlət təmsil olunur.


Müəllif: Nemət

Oxşar xəbərlər