9 Fevral 2023 16:38
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya kəşfiyyatı Ukraynada 20 rus generalının öldüyünü bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nikkei” agentliyi Yaponiya kəşfiyyatının ABŞ və Avropa ölkələri ilə birgə topladığı məlumatlara istinadən yazır.

Məlumatda qeyd edilir ki, öldürülən generalların sayının çox olması Rusiya ordusunun müharibəyə zəif hazırlığını göstərir.

Yaponiyanın quru qoşunlarının keçmiş qərargah rəisi Kiefumi İvata itirilmiş generalların sayını “inanılmaz dərəcədə çox” hesab edir və bildirir ki, məsələn, amerikalı generallar döyüşlərdə demək olar öldürülmür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər