9 Fevral 2023 18:47
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın baş naziri Giorgia Meloni Fransa prezidenti Emmanuel Makronun Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski ilə dünən Parisdə görüşməsini uyğun olmayan dəvət kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, İtaliyanın baş naziri Meloni Makronu Zelenskini Parisə dəvət etdiyinə görə tənqid edib

Baş nazir Meloni nizamsız miqrasiya ilə mübarizədə Avropa səviyyəsində bəzi addımların atıldığını ifadə edərək, miqrasiyanın Avropa məsələsi olduğunu və dəniz sərhədlərinin özünəməxsus xüsusiyyətlərinə malik olması kimi mövzularda irəliləyiş əldə etdiklərini bildirib.

Avropada biznes sisteminin rəqabət qabiliyyətinin müdafiə edilməsinin vacibliyini vurğulayan Meloni, biznesləri dəstəkləmək üçün ayrıca bir fond istədiklərini və mövcud fondlarda çeviklik üzərində çalışdıqlarını söylədi.

Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyin münaqişə tərəfləri arasında danışıqlara nail olmaq üçün ən yaxşı yol olduğunu vurğulayan Meloni deyib ki, dialoq və sülh üçün bir variant yaratmağın ən yaxşı yolu, qüvvələrin tarazlığının təmin edilməsidir.

“İtaliya dəstəyini davam etdirəcək və yenidənqurmada aparıcı rol oynayacaq. İtaliya aktyor olmaq istəyir”, - Meloni vurğulayıb.

Fransa prezidenti Makronun Parisdə Almaniya kansleri Şolzun iştirakı ilə Zelenskiyə şam yeməyi verdiyini xatırladan Meloni, bu dəvəti tənqid edib: “Məncə, Makronun Zelenskiyə dəvəti yersiz idi. Gücümüz birləşməlidir”.

“La Repubblica” qəzeti “İtaliyasız zirvə” başlığı ilə dünən Parisdə Fransa, Almaniya və Ukrayna liderləri arasında keçirilən zirvə görüşündən İtaliyanın kənarda qalmasına diqqət çəkib.

Meloninin son çıxışını şərhçilər Roma ilə Paris arasındakı gərginlik kimi qiymətləndirilib.

Qeyd edək ki, Meloni və Zelenskinin bu gün Brüsseldə görüşü gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər