Ukraynada Rusiyanın “Terminator” tanklara dəstək döyüş texnikasının (BMPT) məhv edilməsi barədə ilk sübut var.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko məlumat verib.
Ekspert “Terminator”un Rusiya ordusunun nadir döyüş texnikalarından biri olduğunu bildirib.
Digər ukraynalı ekspert Oleq Jdanov “Terminator”ların cəbhədə vəziyyəti kökündən dəyişə bilmədiyini deyib. Ekspert bu texnikanın da T-90 tankları kimi “Javelin” və NLAW sistemlərinin hədəfinə asan gəldiyini söyləyib.
“Terminator” düşmənin tank əleyhinə silahlarını məhv etmək üçün tank birləşmələrinin tərkibində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş döyüş texnikasıdır. Qumbaraatan, tank əleyhinə sistemlər və atıcı silahlarla təchiz edilmiş düşmən canlı qüvvəsini effektli şəkildə məhv etmək, tankları, piyadaların döyüş maşınlarını, bunkerləri və digər yüksək mühafizə olunan hədəfləri hərəkətdə və yerində vurmaq imkanları var.