9 Fevral 2023 18:23
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana qarşı sanksiyaları növbəti dəfə genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, yeni sanksiyalar İranın neft-kimya sahəsi ilə məşğul olan şirkətlər daxil olmaqla, 9 şirkətə qarşı tətbiq olunub.

Qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft-kimya sahəsi, neft istehsalı, satışı və Asiyada alıcılara daşınmasında mühüm rol oynayan, yüz milyonlarla dollar dəyərində əməliyyatlar həyata keçirən 9 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Sanksiya tətbiq edilən şirkətlər arasında İranın ən böyük polietilen istehsalçısı olan “Amir Kabir Petrochemical Company” də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər