10 Fevral 2023 12:44
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada zəlzələ nəticəsində dağıntılar altında qalanların xilas edilməsi zamanı inanılmaz hadisə yaşanıb.

Teleqraf.com xəbər verir ki, dağıntılar altında qalan hamilə qadın uşaq dünyaya gətirib.

Xilasetmə qrupları körpənin sağlam olduğunu, ananın isə dünyasını dəyişdiyini bildirib. Qısa zamanda milyonlarla insanın izlədiyi video dünyanın gündəminə çevrilib.

Körpənin son vəziyyəti və doğuşun təfərrüatları da açıqlanıb. Doğum fəlakətdən əvvəl əzab-əziyyətlə başlayıb. Ana ölməzdən əvvəl uşaq dünyaya gətirib və dağıntılar altında qalıb. Körpənin atası, 4 bacısı və bibisi də həyatını itirib. Digər tərəfdən körpəni dağıntılar altından çıxaran qruplar əvvəlcə səs eşidib, daha sonra göbək bağını tapıblar. Körpə xəstəxanaya aparılıb.

Körpəyə Aya (Möcüzə) adı verilib. Dağıntılar altından çıxarıldıqdan sonra Afrində xəstəxanaya aparılan Ayanın son vəziyyəti ilə bağlı həkim Hani Maarouf deyib ki, körpənin səhhəti yaxşılaşır. İndi dünyada minlərlə insan Ayanı övladlığa götürməyə hazır olduğunu bildirir. Küveyt televiziyasının aparıcısı da bu sıyahıdadır. Amma xəstəxana müdiri Atiah Xalid deyib ki, hazırda heç kimin onu övladlığa götürməsinə icazə vermərəm: "Uzaq qohumları ortaya çıxana qədər ona öz övladım kimi baxacağam”.


Müəllif: Nemət

Oxşar xəbərlər