10 Fevral 2023 16:44
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden ehtiyatsızlıqdan III Dünya müharibəsinə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, Baydenin ikinci prezidentlik müddətinə mümkün namizədliyini şərh edərkən belə deyib:

“Qoca Bayden ikinci müddətə namizəd kimi görünür. Birinci prezidentlik dövründə adları, tarixləri qarışdırır və öz kabinetində itib gedir. Şəxsi evinin qarajında ​​məxfi sənədləri saxlayır, sıravi amerikalılara məlum olmayan çökməkdə olan ölkəyə yüz milyard dollardan çox pul xərcləyib, lakin ABŞ-ın bütün iqtisadi problemlərini Rusiyanın məkrinə yıxıb diqqətin yayındırılması səbəbindən II Dünya müharibəsi başlaya bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər