Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 21-də Moskvada Federal Məclis tribunalında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya deyib.
Putinin “sağ əli” sayılan Peskov bildirib ki, dövlət başçısı çıxışı zamanı indiki vəziyyətdən danışacaq.
Ukrayna tərəfi iddia edir ki, Putinin əsas mövzusu müharibə olacaq.
Peskovun sözlərinə görə, Federal Məclisə dəvət olunanlar arasında Ukraynaya qarşı müharibədə iştirak edən hərbçilər də olacaq.
Xatırladaq ki, ötən il fevralın 21-də Putin qondarma “Luqanski" və "Donets" separatçı rejimlərin müstəqilliyinin tanındığını elan etmişdi. Üç gün sonra isə Ukraynaya genişmiqyaslı hücuma başlayıb.