Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsinin (AFAD) keçmiş rəhbəri, hazırda Türkiyənin Tanzaniyadakı səfiri Mehmet Güllüoğlu təcili geri çağırılıb.
Teleqraf.com xəbər verir ki, səfirin özü artıq Türkiyədə olduğunu bildirib
“Adanadayıq. Xarici İşlər Nazirliyi, AFAD və Adana Valiliyi olaraq xaricdən gələn yardımları koordinasiya edirik", - Güllüoğlu əlavə edib.
Qeyd edək ki, Mehmet Güllüoğlu həm də Qızıl Ayparanın sədri vəzifəsində çalışıb və fövqəladə hallarda idarəçilik prosesində təcrübəsi olan kadrlardan sayılır.