“Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticələrinə görə 500 atom bombasının partlaması ilə müqayisə edilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Fövqəladə Hallar Nazirliyinin risklərin minimuma endirilməsi şöbəsinin rəisi Orxan Tatar deyib.
“Bölgədə zəlzələ iki dəqiqə davam edib. Dağıdıcı təsir 500 atom bombasının partlaması ilə müqayisə edilə bilər”, - nazirlik rəsmisi bildirib.