Suriya Səhiyyə Nazirliyi ölkədə zəlzələ nəticəsində ölənlərin sayının 1408-ə yüksəldiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkə hesabında yazıb.
Məlumatda bildirilir ki, hazırda qurbanların sayı 2341 nəfərdir.
Qeyd edək ki, Suriya hökumətinin ölkənin dağıdıcı zəlzələdən zərər çəkmiş bütün bölgələrinə, o cümlədən Dəməşqin nəzarətində olmayan bölgələrinə humanitar yardım göndərmək qərarına gəldiyi bildirilib.
Suriya prezidenti Bəşər Əsəd dağıdıcı zəlzələdən sonra ölkədə kritik vəziyyətin yarandığını vurğulayıb.