12 Fevral 2023 17:08
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alyaska ştatı və Kanada üzərində naməlum obyektlərin vurulmasından sonra Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bu dəfə Amerikanın nüvə silahlarının yerləşdiyi Montana ştatında hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, komandanlıq bölgədəki son durumla bağlı açıqlama verib.

“NORAD Federal Aviasiya Administrasiyası ilə əməkdaşlıq edərək, NORAD-ın əməliyyatı çərçivəsində bölgədə hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün 11 fevral 2023-cü il tarixində Montana mərkəzinə müvəqqəti uçuş məhdudiyyəti qoyub”, - açıqlamada deyilir.

Məhdudiyyətin qısa müddət sonra aradan qaldırıldığı qeyd edilib:

“NORAD bir radar anomaliyası aşkar edib və araşdırma üçün döyüş təyyarələri göndərib. Bu təyyarələr radar sistemləri ilə əlaqəli heç bir obyekt tapmayıb. NORAD vəziyyəti izləməyə davam edəcək”.

ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində, Montana üzərində Çinə məxsus aerostatı vurublar.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 9-da verdiyi açıqlamada isə Alyaskada başqa bir naməlum obyektin vurulduğunu açıqlayıb. Kanada Baş naziri Castin Trüdo da ABŞ-la əməkdaşlıq çərçivəsində ölkəsinin hava məkanını pozan naməlum obyekti vurduqlarını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər