Qətər əmiri Təmim bin Həməd Al Tani Dohadan Türkiyəyə yola düşüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Qətərin "QNA" xəbər agentliyi bildirib.
Məlumata əsasən, o Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.
Qətər əmiri episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk ölkə lideri olacaq.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.