Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) Kanada ilə sərhəddə uçan naməlum obyekt üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, NORAD ABŞ-Kanada sərhədindəki Miçiqan və Huron göllərinin ərazisini uçuş üçün qısa müddətə bağladıqdan sonra daha bir naməlum obyekti vurub.
"Müdafiə Nazirliyi Böyük Göllər Bölgəsindəki əməliyyatlarla bağlı mənimlə əlaqə saxlayıb", - bunu Miçiqan nümayəndəsi, Respublikaçı Jack Bergman deyib. O bildirib ki, ABŞ ordusu yeni naməlum obyekt endirib.
Ehtiyatda olan general-leytenant Berqman yazıb ki, ABŞ ictimaiyyəti sözügedən yüksəklikdəki obyektlərlə bağlı suallara cavab olaraq Pentaqonun açıqlaması gözlənilir.
Qeyd edək ki, ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində əvvəllər aşkar etdiyi Çinin yüksək hündürlükdəki hava şarını vurub. Eyni zamanda Pentaqon fevralın 9-da Alyaskaya naməlum obyekti vurub.
Kanadanın baş naziri Castin Trudeau ABŞ ilə əməkdaşlıq çərçivəsində obyekti Kanadanın Yukon bölgəsi üzərindən məhv etdiklərini açıqlayıb.
Belə ki, ABŞ hərbçiləri son 10 gündə Çinə məxsus yüksək hündürlükdə uçan hava balonu və 3 naməlum obyekt daxil olmaqla ümumilikdə 4 hava elementini zərərsizləşdirib.
NORAD, nüvə silahlarının yerləşdirildiyi Montana əyaləti üzərində anormal radar fəaliyyəti təsbit etdiyi səbəbiylə bölgəni qısa müddətə bağlayıb.