Kreml ukraynalıları ruhdan salmaq və Qərbin onlara dəstəyini şübhə altına almaq üçün addımlar atır.
Teleqraf.com xəbər verir ki, bunu Müharibə Araşdırma İnstitutu (ISW) bildirib.
Məlumata görə, Moskva Qərbi inandırmağa çalışır ki, Ukrayna Rusiya hücumlarının guya əzici gücünə tab gətirə bilməyəcək və sonda məğlub olacaq:
"Kiçik qələbələrin şişirdilməsi də Kremlə ruslara işğalçılarının hücumunun ləng tempini izah etməyə imkan verir"..
Qərb analitikləri deyirlər ki, povestin hər iki variantı - fevralın 24-də işğalın başlanğıcında gözlənilən "sürətli hücum" və onun ikinci mərhələsində yavaş da olsa, qarşısıalınmaz irəliləyiş təəssüratı - qismən Qərb yardımının qarşısını almaq məqsədi daşıyırdı.
Ruslar işğaldan əvvəl "güclü" olduqlarına dair təsəvvürləri gücləndirməyə və Qərbin Ukraynanın müharibədə qalib gəlmək səylərinə verdiyi dəstəyi geri çəkəcəyi ümidi ilə Kiyevin uğurlu müqavimətini azaltmağa çalışdı.
İnstitut qeyd edir ki, bütün bunlar uğursuz olub.