"Kahramanmaraşda baş verən zəlzələ səbəbindən şəhərin 10 min 194 sakini həyatını itirib".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir əlavə edib ki, bu gün Kahramanmaraşda dağıntılar altında qalan 11 nəfər xilas edilib:
"Hazırda axtarış-xilasetmə işləri 4895 axtarış-xilasetmə əməkdaşı, 1452 ağır texnika və 447 komanda ilə 298 yerdə davam edir".