PKK və YPG-nin nəzarət etdiyi sərhəd qapısının açılmasından söhbət gedə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Fevralın 13-nə olan məlumata görə, 77 ölkədən 9401 heyət meydandadır. 747 əlavə personal yoldadır”, - Çavuşoğlu bildirib.
Sərhəd qapılarının suriyalıların üzünə açıldığı iddialarına münasibət bildirən nazir qeyd edib: "PKK/YPG-nin nəzarətində olan yerdə qapının açılmasından söhbət gedə bilməz”.