“Ukraynadakı “xüsusi əməliyyat”ın gələcək məqsədlərindən biri Odessa, Xarkov və Kiyevi nəzarət altına almaqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.
Onun iddiasına görə, “xüsusi əməliyyat” davam edir, hətta NATO tankları belə Rusiya hərbçilərini dayandıra bilməyəcək.
“Odessa, Xarkov və Kiyevi götürəcəyik. Yavaş-yavaş irəliləyirik”, - Kadırov bildirib.
Çeçenistan lideri qeyd edib ki, Qərb tankları qorxulu deyil, çünki onlar zenit vasitələrinin köməyi ilə vurulacaq:
“İnsanları əmin edirəm: verdikləri (Ukraynaya) tanklar heç nədir. Tankları, zirehli transportyorları, təyyarələri var, amma xüsusi əməliyyat zonasında onlardan istifadə etmək imkanları yoxdur, çünki bizim hava hücumundan müdafiə sistemlərimiz işləyir”.
Onun sözlərinə görə, Rusiya o qədər irəli gedəcək ki, tezliklə Polşaya çatacaq.