Fevralın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyəyə səfər edən İsrailin xarici işlər naziri Eli Koen ilə mətbbuat konfransı keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Ankaraya səfərinin məqsədinin Türkiyədə baş verən güclü zəlzələdən sonra həmrəylik nümayiş etdirmək olduğunu bildirib.