14 Fevral 2023 08:44
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti “Tomahavk” qanadlı raketlərinin alınması üçün ABŞ-la müqavilə bağlamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ölkənin müdafiə naziri Yasukazu Hamada bildirib.

"Biz böyük həcmli alqı-satqı müqaviləsi bağlamaq niyyətindəyik" – nazir deyib.

Lakin Hamada Yaponiya tərəfinin əldə etmək niyyətində olduğu raketlərin sayını açıqlamayıb.

Agentliyin məlumatına görə, 2023-cü maliyyə ilində (aprelin 1-dən başlayır) 500-ə yaxın “Tomahawk” raketinin alınması planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər