14 Fevral 2023 10:24
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mərkəzi Kahramanmaraşda olan və 10 vilayəti əhatə edən dəhşətli zəlzələlərlə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu BMT Təhlükəsizlik Şurasının qapalı iclasında zəlzələlərdən sonrakı vəziyyətlə bağlı açıqlama verib.

Sinirlioğlu Türkiyədə baş verən zəlzələ fəlakətinin miqyası, təcili ehtiyaclar, zəlzələdən zərər çəkənlərə yardım və beynəlxalq yardımlar barədə danışıb.

Sessiyada göstərilən həmrəyliyə görə beynəlxalq ictimaiyyətə təşəkkür edən nümayəndə zəlzələdən zərər çəkmiş Suriyanın şimal-qərbinə digər ölkələrdən və BMT-dən humanitar yardımların Türkiyənin sərhəd qapılarından keçə biləcəyini və bu istiqamətdə lazımi imkanların yaradıldığını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər