Türkiyədə “Əsrin fəlakəti” adlandırılan şiddətli zəlzələdə üzə çıxan enerji 30 katrilyon olaraq ölçülüb.
Teleqraf.com xəbər verir ki, ötən həftə Kahramanmaraş vilayətinin Pazarcık mahalında 7.7, Elbistan mahalında isə 7.6 bal gücündə qeydə alınan iki zəlzələ 10 vilayətə təsir edib.
Ümumilikdə 16 milyon insanın yaşadığı vilayətlərdə böyük dağıntılara və itkilərə səbəb olan zəlzələdə üzə çıxan enerji hesablanıb.
Tarixdəki digər böyük fəlakətlərin enerji sıxlığı ilə müqayisə edilən rəqəm dünyada belə bir fəlakətin olmadığını ortaya qoyur.
1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın Xirosima adasına atılan atom bombasının partlaması zamanı üzə çıxan enerji 15 trilyon olub.
1989-cu ildə ABŞ-da baş verən 6.9 ballıq Loma Prieta zəlzələsində 1.5 katrilyon enerji üzə çıxıb.
2010-cu ildə Haitidə baş verən 7 bal gücündə zəlzələdə sərbəst buraxılan enerji 2.1 katrilyon olub.
Ötən həftə Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələdə isə sərbəst buraxılan enerji 30 katrilyon olaraq hesablanıb.