Avropa Parlamentinin (AP) Baş Assambleyasında Türkiyə və Suriyada baş verən şiddətli zəlzələlərdən sonra mövcud durum və yardım səyləri ilə bağlı iclas keçirilib.
Teleqraf.com xəbər verir ki, AP-nin Türkiyə məruzəçisi Naço Sançez Amor dağıntıların 2010-cu ildə Haitidə baş verən zəlzələ ilə müqayisə oluna biləcəyinə diqqət çəkib.
Bununla belə, avropalı parlamentari deyib: “Türkiyə Haiti deyil. Avropanın dəstəyi ilə öz əhalisini qorumaq gücünə malik böyük regional oyunçudur”.
Amor vurğulayıb ki, AB-nin yardımı öz sürətini qorumalı, bütün siyasi narahatlıqlar bir kənara qoyulmalı və Türkiyə cəmiyyəti ilə empatiya yaranmalıdır.