Ukrayna Müdafiə Qüvvələri rus ordusunun hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
"Bölmələrimiz Xarkov vilayətinin Qryanikovka, Nevskoye, Kremennaya, Kuzmino, Şipilovka və Beloqorovka, Luqanski vilayətinin Fedorovka, Paraskovievka, Baxmut, Vodyanoye, Maryinka və Donetsk vilayətinin Qələbə yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib. ”, - Baş Qərargah açıqlayıb.
Qeyd olunub ki, düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir:
"Əhəmiyyətli itkilər verir. Ukrayna Silahlı Qüvvələri müdafiəni gücləndirmək üçün əlavə tədbirlər görür".