Kanada Fransanın ardınca öz vətəndaşlarını Belarusa getməməyə, orada olanları isə dərhal ölkəni tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.
"Yerli qanunların özbaşına tətbiqi və Rusiya ilə Ukrayna müharibəsi səbəbindən Belarusa hər hansı səfərdən çəkinin", - bəyanatda deyilir.
Kanada Xarici İşlər Nazirliyi Kanada səfirliyinin Belarusda konsulluq xidmətləri göstərmək imkanlarının son dərəcə məhdud olduğunu vurğulayıb və vətəndaşları bu ölkəni tərk etməyə çağırıb.
Belarusda qalmağa qərar verən vətəndaşlar üçün Xarici İşlər Nazirliyi onlara mötəbər xəbər mənbələrini izləməyi, gündəlik şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirməyi, dərman və nağd pul ehtiyatına malik olmağı və təhlükəsiz yerə sığınmağa hazır olmağı tövsiyə edib.