13 Fevral 2023 23:23
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Vladimir Makarovun Moskva yaxınlığındakı Qolikovo kəndində meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, general Makarovun intihar etdiyi bildirilib.

Həyat yoldaşı ərinin meyitini kənd evində tapıb. O, oğlundan təcili yardım çağırmasını istəyib. Amma gələn həkimlər generalın həyatını xilas edə bilməyiblər.

Məlumatda o da qeyd olunur ki, Vladimir Makarov bu ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər