İsrail məhkəməsi 20 yüksək vəzifəli məmur haqqında həbs qərarı çıxarıb.
Teleqraf.com-un məlumatına görə, "France Presse" agentliyi hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, məmurlar korrupsiyada ittiham olunurlar.
Həbs olunanlar arasında İsrailin xarici işlər naziri Libermanın partiyasından olanlar da var.
Əməliyyatın ölkədə böyük səs-küy yaradacağı şübhəsizdir. Belə ki, seçkilərə 3 ay qalmış bu Libermanın imicinə böyük ziyan vurur.
Həbs olunanlar arasında qalmaqallı adlar bununla bitmir. Keçmiş turizm naziri Faina Kirşenbaum və onun qızı 28 dekabra qədər saxlanılması haqqında qərar mövcuddur.
20 nəfərdən əlavə daha dörd məmura ev həbsi qərarı verilib.
Qeyd edək ki, bundan əvvəl Qüdsün keçmiş meri Uri Lupolyanskiy rüşvət aldığına görə 6 il cəzaya layiq görülüb.