14 Fevral 2023 21:58
3 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin sanksiyaları nəticə verməsə, Rusiya Ukraynaya qarşı kütləvi hücumları davam etdirəcək. Rusiyanın raket ehtiyatları ay yarıma tükənəcək, amma kütləvi zərbələrin arası kəsilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan deyib.

“Onları istehsal edən ölkənin raketləri heç vaxt tükənməz. Gündəlik müəyyən sayda raket istehsal olunur. Gündə ən azı bir, hətta daha çox raket istehsal edə bilərlər. Sıfır anbar ehtiyatına çatdıqdan sonra (bir ay yarım sonra ola bilər) ayda bir dəfə belə kütləvi hücumlar edəcəklər. Bu, adi hal alır.

Bir hücumda bir neçə dalğada təxminən 50-70 raket atırlar, bəlkə də daşıyıcı çatışmazlığı səbəbindən belədir. Ona görə də ayda bir dəfə təxminən bu səviyyəni saxlayacaqlar. Əvvəllər hücumlar həftədə bir dəfə idi, sonra iki həftədə bir dəfə, indi üç həftədə bir dəfə olur. İndi ayda bir dəfə olacaq”, - ekspert bildirib.

Eyni zamanda Svitan qeyd edib ki, Rusiya raket çatışmazlığını sanksiyaların effektivliyi ilə bağlı olduğunu düşünmək olmaz:

“Niyə bəzən raket çatışmır? Məsələn, mühərrik bir saatlıq uçuş üçün nəzərdə tutulub, ikinci saatda həddindən artıq isinməyə başlayır və dayanır. Yəni bunun sanksiyalarla bağlı olması ehtimalı azdır. Sanksiyalar işləsəydi, raketlər olmayacaqdı. Əgər uçurlarsa, demək, sanksiyalar işləmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər