Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Avromaydan hadisələrində iştirak etməməsinin səbəbinə aydınlıq gətirib.
Teleqraf.com UNİAN-a istinadən xəbər verir ki, Yuşşenko bunu o zaman avromaydançıların türmədə olan sabiq baş nazir Yuliya Timoşenkoya azadlıq tələb eləməsi ilə əsaslandırıb.
“Əgər bütün Maydan “Yuliyaya azadlıq!” qışqırırsa, orada mənə yer yoxdur” – deyə, o vurğulayıb.
Yuşşenko müsahibəsinin böyük bir hissəsini Timoşenkonun tənqidinə həsr edib və bildirib ki, o, Kremlin maraqları və öz şəxsi ambisiyaları ilə hərəkət edir:
“Putinin əlində Ukraynada Timoşenkodan böyük araqarışdırıcı faktor yoxdur. Əgər Timoşenko Pyotr Poroşenkonun ayağının sürüşdüyü məqama kimi gözləyə bilsə, o zaman onun missiyasını görəcəksiniz”.
Nail Cəlil