15 Fevral 2023 13:51
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu şiddətli zəlzələlərdən sonra Ermənistanın ölkəsi ilə həmrəylik nümayiş etdirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, nazir Ankarada erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Ermənistanın Türkiyə xalqına dostluq əli uzatdığını deyib.

Zəlzələlərdən sonra Ermənistanın Türkiyəyə 28 nəfərlik axtarış-xilasetmə qrupu göndərdiyini qeyd edən Çavuşoğlu erməni xilasedicilərin fevralın 8-dən Adıyamanda gərgin işlərə başladığını söyləyib.

Onun sözlərinə görə, erməni xilasediciləri indiyədək azyaşlı qızı və bir qadını xilas ediblər: “Mən də onlara çox təşəkkür etmək istəyirəm. Onlar həqiqətən çox çalışdılar və vətəndaşlarımızı xilas edərkən onların necə sevindiyini gördük”.

Ermənistanın Türkiyəyə 100 ton humanitar yardım göndərdiyini, həmkarı Mirzoyanın isə bugünkü görüşdə əlavə yardım göndərəcəklərini bildirdiyini qeyd edən Çavuşoğlu Ermənistanın davamlı olaraq Türkiyədən əlavə istəyinin olub-olmadığını soruşduğunu deyib.

“Ermənistan bu ağır günlərdə xalqımıza dostluq əlini uzatdı, həmrəylik və əməkdaşlıq nümayiş etdirdi”, - Çavuşoğlu xatırladıb ki, 1999-cu ildəki zəlzələdən sonra da Ermənistan Türkiyəyə humanitar yardım göndərmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər