Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin dəfn olunması prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, cəsədlər xəstəxanada tibbi müayinədən sonra nəqliyyat vasitələri ilə qəbiristanlığa gətirilir, dini ayinlər icra olunaraq dəfn edilir.
Dəfn prosesinin daha sürətli aparılması və qarışıqlığa yol verilməməsi üçün məzar daşları ad əvəzinə nömrələrlə işarələnir.
Bundan başqa, vəfat edənlərin məzar daşlarına yaxınları tərəfindən son geyindikləri paltarlar qoyulur.