“Coğrafiya bizim ortaq taleyimizi müəyyən edən ən mühüm amildir, bəzən indiki kimi bu taleyi əzab-əziyyət formalaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Tvitterdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ölkəsinə səfəri ilə bağlı paylaşımında bildirib.
Türk diplomat rəsmi məlumata əlavə olaraq, Mirzoyanla görüşdən fotoları da dərc edib.
“Coğrafiya bizim ortaq taleyimizi müəyyən edən ən mühüm amildir, bəzən indiki kimi bu taleyi əzab-əziyyət formalaşdırır. Bölgə ölkələri arasında humanitar həmrəylik bu əzabın aradan qaldırılması üçün ən yaxşı dərmandır. Bütün region ölkələri kimi Ermənistan da çəkinmədən türk xalqının yanında oldu”, - Kılıç vurğulayıb.
Mirzoyan bu gün Türkiyəyə səfər edib və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.