Dünən "Financial Times" qəzeti yazmışdı ki, Rusiya Ukrayna ilə sərhəd yaxınlığında aviasiya vasitələri toplamağa başlayıb. Bu, hava döyüşünə hazırlıqdan xəbər verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Kuzan deyib.
Onun sözlərinə görə, belə bir ciddi ssenarinin baş verməsi ehtimalı Ukraynanın müttəfiqləri tərəfindən nəzərdən keçirilir:
"Ona görə də ölkəmizə yardımın əsas məqamlarından biri hava hücumundan müdafiə vasitələridir ki, bunlarla Rusiyanın təcavüzünü havadan dəf edə bilərik. Həm təyyarələrin, həm də helikopterlərin sayına gəlincə, ruslar bu baxımdan bizdən xeyli irəlidədir. Ona görə də hava məkanını bağlamalıyıq".
Kuzan Rusiya aviasiyasının mühüm nüanslarından birinə diqqət çəkərək iddia edib ki, ruslar ixtisaslı pilotlar yoxdur, ona görə də mürəkkəb hava əməliyyatlarını uğurla həyata keçirə bilməyəcəklər. Ona görə də ekspert əmindir ki, Ukrayna ordusu Rusiyanın bütün hücumlarını dəf edəcək.