15 Fevral 2023 18:21
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aİ Komissiyasının məsul üzvü Oliver Varheli Avropa Parlamentində qatıldığı iclasda mikrofonu söndürməyi unudub və deputatları təhqir edib.

Teleqraf.com xatırladır ki, Varheli dünən Avropa Parlamenti Baş Assambleyasında "Qərbi Balkanlara qarşı gücləndirilmiş genişlənmə siyasəti" mövzusunda keçirilən sessiyaya qatılıb və deputatların suallarını cavablandırıb.

Deputatlar çoxlu suallar verib və sessiya uzun çəkib. Bu arada Varhelinin ana dili - macar dilində "Daha neçə axmaq var?" sözləri eşidilib.

Bundan sonra Macarıstanın müxalifət partiyası - Demokratik Koalisiyası Varhelinin istefasını tələb edən bəyanatla çıxış edib.

Partiyadan sosial-demokrat millət vəkili Şandor Ronai açıqlamasında deyib ki, Avropa Parlamentində razılaşmadığımız insanları axmaq adlandırmaq adi hal deyil. Partiya həmçinin hadisə ilə bağlı AP-yə və Avropa Komissiyasının sədrliyinə məlumat verəcəyini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər