16 Fevral 2023 07:58
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə, tək ürək" kampaniyası zamanı toplanan hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyaclarına sərf olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan canlı yayıma qoşularaq telekanalların ortaq yayımında bildirib.

R.T.Ərdoğan episentri Kahramanmaraşda olan zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

O qeyd edib ki, dövlətin bütün resursları ölkənin 11 əyalətində dağıdıcı fəsadlar törədən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəlib. Türkiyə Prezidentinin sözlərinə görə, təbii fəlakət zonasında 250 mindən çox insan fasiləsiz işləyir.

"Məqsədimiz bir il ərzində hər dağılan binanı təhlükəsiz və dinc yaşaya biləcəyimiz evlərlə əvəz etməkdir. İlk mərhələdə hökumət 100 milyard lirə ayırıb. Bu aksiya ilə əlaqədar olaraq, bugünkü kampaniya zamanı toplanan hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyacları üçün istifadə olunacaq", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər