Rusiya qüvvələri martın sonuna qədər bütün Donetsk və Luqansk vilayətlərini ələ keçirməyə çalışacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.
“Putin Gerasimov (baş qərargah rəisi) və Ukraynadakı işğalçı korpusu martın sonuna kimi tapşırıq verilib ki, Donbasını işğal edib Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olun. İndiyədək belə tarixlər çox olub. Əvvəllər olduğu kimi, bu dəfə də uğur qazana bilməyəcəklər. Amma indi şərq ərazilərində təlaş, çılğın cəhdlər və canlı qüvvənin irəli can atdığını müşahidə edirik”, - məlumatda deyilir.
Qeyd edilib ki, digər istiqamətlərdə də eskalasiya mümkündür:
“Amma indi Rusiyanın əsas məqsədi bu rüsvayçı müharibə ili üçün heç olmasa nəyisə nümayiş etdirməkdən ötrü şərqddə bir “uğur hekayəsi” uydurmaqdır”.