17 yaşlı Aleyna Ölməz adlı qız 248 saat sonra Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılıb.
Teleqraf.com-un məlumatına görə, gənc qızı Atabəy binasından mədənçilər xilas edib.
Həkim Çingiz Dilbər onun durumunun yaxşı olduğunu deyib: "Bu, inanılmaz bir şeydir, onun orqanizminin funksiyalarının pozulmadan yaşaması hər kəsi təəccübləndirdi".