17 Fevral 2023 00:26
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya yeni hücumu artıq başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “BBC News”a müsahibəsində söyləyib.

“Rusiyanın hücumları artıq bir neçə istiqamətdən gerçəkləşir”, - Ukrayna lideri deyib.

Zelenski hesab edir ki, Ukrayna qüvvələri əks-hücum əməliyyatına başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərməyə davam edə bilər.

O, Qərbdən daha çox hərbi yardım üçün çağırışlarını yenidən səsləndirib.

Kiyev Qərb silahlarının əldə olunmasının sürətindən getdikcə məyus olur.

Zelenskinin sözlərinə görə, o, müharibəni bitirmək üçün kompromis variantının əleyhinədir.

“Bu yolu biz seçmişik. Biz təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəştləri bir dövlət olaraq bizi zəiflədə bilər”, - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər