17 Fevral 2023 10:27
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar Ukraynadakı mülki hədəflərə növbəti raket zərbələri endirə bilər, çünki həqiqi hərbi uğur onlardan qaçaq düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilir.

İnstitut Ukrayna rəsmilərinə istinadən qeyd edir ki, ruslar Ukraynaya müdaxilənin birinci ildönümünə qədər Baxmutu ələ keçirmək istəyirlər. Bunun üçün rus qoşunlarının bir neçə ay ərzində müşahidə olunduğundan xeyli yüksək irəliləmə sürəti tələb olunacaq.

"Vaqner"in lideri Priqojin bildirib ki, onun muzdluları guya mart və ya aprel aylarına qədər Baxmutu mühasirəyə alacaqlar. Analitiklərin fikrincə, Priqojinin Rusiyanın Baxmut bölgəsində irəliləməsi ilə bağlı “praqmatik qiymətləndirmələri” rus qoşunlarının sürətlə irəliləməsi ilə bağlı qiymətləndirmələrdən taktiki reallığa daha yaxındır.

“Rusiya qoşunları Baxmut ətrafında irəliləmə sürətini artırmır və çətin ki, fevralın 24-dək bu məqsədə çatsın”,-ekspertlər qeyd edir.

Təhlilçilər hesab edirlər ki, işğalın ildönümünə qədər Rusiya Federasiyası Ukrayna ərazisində mülki hədəflərə növbəti raket zərbələri endirə bilər, çünki real hərbi uğurlar işğalçılardan uzaq düşüb.


Müəllif: Nemət

Oxşar xəbərlər