Ağ Ev tez-tez gündəmə gələn prezident Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumatların yer aldığı hesabatı yayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ liderinin həkimi Kevin Okonnor 80 yaşlı Baydenin prezidentlik vəzifələrini yerinə yetirməyə qabil olub-olmadığını açıqlayıb.
Rutin yoxlamalardan sonra bu fikrə gəlinib ki, sağlam və 80 yaşlı Baydenə prezidentlik, baş komandanlıq və digər mühüm vəzifələri yerinə yetirməyə sağlamlığı imkan verir.
Hesabatda müayinələrinin normal olduğu, ətraflı nevroloji müayinə aparıldığı qeyd edilib.
Baydendə parkinson kimi nevroloji xəstəliyinin olmadığı bildirilib.
ABŞ tarixinin ən yaşlı lideri olan Co Bayden 2024-cü ildə prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu, amma hələ rəsmən qərarını açıqlamadığını bildirib.
Səhiyyə hesabatı ictimaiyyətlə paylaşıldıqdan sonra Baydenin namizədliyini tezliklə elan edəcəyi gözlənilir.