26 Dekabr 2014 11:36
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-Ermənistan sərhədində “Dostluq körpüsü” tikiləcək.

Teleqraf.com newsgeorgia.com-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Yerevana səfəri zamanı Ermənistanın nəqliyyat və kommunikasiyalar naziri Qaqik Beqlaryan ilə görüşündə saziş imzalanıb.

Gürcüstanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihə Ermənistan baş nazirinin dekabrın 11-12-də Gürcüstana rəsmi səfəri çərçivəsində razılaşdırılıb.

İmzalanma mərasimindən sonra Kvirikaşvili Ermənistanın baş naziri Ovik Abramyanla görüşüb.
Kvirikaşvili keçirdiyi mətbuat konfransında iki ölkə arasında ticarət əlaqələri ilə bağlı məsələləri də müzakirə etdiklərini bildirib:

“Biz həm də də ikitərəfli ticarət məsələlərini müzakirə etdik. 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək və Ermənistanın da daxil olduğu Gömrük İttifaqı çərçivəsində Gürcüstan rəsmi Yerevana köməklik etməyə hazırdır”.

Samir


Müəllif: