17 Fevral 2023 14:57
3 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış panamalı rəssam Sumeyxqks (Sumeihgx) şiddətli zəlzələnin baş verdiyi Türkiyəni təhqiramiz karikatura ilə ələ salan Fransanın “Şarli Hebdo” (“Charlie Hebdo”) jurnalına cavab verib.

Teleqraf.com-u bu barədə ABŞ-da fəaliyyət göstərən Türk-Amerika təhlükəsizlik fondunun (TASFO) rəhbəri Fatih Özonur məlumatlandırıb.

Panamalı rəssam fransız nəşrinin təhqiramiz karikaturasına karikatura ilə qarşılıq verib.

TASFO rəhbəri bu təşəbbüslə Sumeyxqksə türk rəssam Səfa Bütə vasitəsilə müraciət edib və müsbət cavab alıb.

Fatih Özonur “Şarli Hebdo”nun haqq etdiyi cavabı aldığını və Türkiyəyə qarşı təhqiramiz addımının insanlıqdan kənar olduğunu söyləyib. Ölkəsini dəstəklədiyinə görə isə panamalı rəssama təşəkkür edib.

Fransız jurnalı fevralın 6-da qardaş ölkədə minlərlə insanın həyatına son qoyan zəlzələ ilə bağlı təhqiramiz karikatura dərc etmişdi. İslam və türk düşmənçiliyi ilə seçilən “Şarli Hebdo”nun üzərində zəlzələ nəticəsində dağılmış binaların əks olunduğu karikaturasında “Tank göndərməyə ehtiyac qalmadı” sözləri yazılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər