17 Fevral 2023 21:13
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vladimir Putin Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində planlaşdırılan müraciətində böyük ehtimalla qələbəsinin ölkəsinin “qorunub saxlanmasından” ibarət olduğunu iddia edəcək. Rusların lideri bundan sonra deyəcək ki, Ukraynaya qarşı deyil, NATO-ya, Qərbə və bütün dünyaya qarşı döyüşür”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Mark Feyqin deyib.

“Onu da deyəcək ki, biz bacaracağıq, mübarizə aparacağıq və sair. Çox güman ki, belə danışacaq. Deyəcək ki, onun əsas uğuru məhv olmaq ərəfəsində olan Rusiyanı xilas etməsidir, bununla Qərbin məkrli planlarını qabaqladı və Rusiyanın varlığını xilas etmək üçün hərbi əməliyyata başladı”, - ekspert bildirib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federasiya Şurasında xalqa müraciət edəcək. Onun sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya rəhbəri mövcud durum haqda danışacaq. Peskov əlavə edib ki, tədbirdə Ukraynaya qarşı vuruşan hərbçilər də iştirak edəcək.

Ukraynalı hərbi ekspert Sergey Qrabski iddia edir ki, rus ordusu ən azı Donetsk vilayətində müəyyən nəticə əldə etməyə çalışacaq ki, Putin hansısa “uğurlardan” danışa bilsin.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər