17 Fevral 2023 22:56
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın qonşu ölkələri qorxurlar ki, Qərb Rusiyaya müəyyən güzəştə gedə və Hitleri Avropada hərbi işğallara ruhlandıran bədnam “Münxen sui-qəsdi”ni təkrarlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” bu gün başlayan Münxen Təhlükəsizlik Konfransına həsr olunmuş məqaləsində yazır.

Nəşr qeyd edir ki, keçmiş kommunist ölkələri Rusiyanın Ukraynaya təcavüzünə Qərbi avropalılardan fərqli və daha ağrılı baxırlar.

“Vaxtilə rus çəkmələri ilə əzilən ölkələr müharibəyə psixoloqların “sağ qalma reaksiyası” adlandırdıqları anlayışla təpki göstərdilər. Onlar öz gələcəyini Ukrayna ilə qırılmaz şəkildə bağlı hesab edirlər və Rusiyanın qələbəsinə həm də öz məğlubiyyətləri kimi baxırlar”, - məqalədə deyilir.

Məqalə müəllifi bildirir ki, Ukraynanın qonşuları öz qərbli həmkarlarına Kiyevi hərbi təyyarə və daha çox tankla təmin etmək, müharibənin yalnız Rusiyanın sarsıdıcı məğlubiyyəti ilə başa çatmalı olduğunu anlamaları üçün təzyiq göstərirlər.

Qəzet qeyd edir ki, qarşıdakı iki gündə Münxen Konfransı davam edərkən Qərb liderləri birlik haqda çoxlu çıxışlara baş vuracaq və aralarındakı birliyi mədh edəcəklər. Bununla belə, Polşa və digər Şərqi Avropa ölkələri Qərbi Avropanın yorulmasından və ilk fürsətdə Moskva ilə danışıqlara gedəcəyindən narahatdır.

“Mərkəzi Avropa liderlərinin əsəbiliyi tarixə, o cümlədən Münxenin özünün tarixinə əsaslanır”, - müəllif İngiltərə və Fransanın Hitlerə qoşunlarını Çexoslovakiyadan Sudetə geri çəkməsinə icazə verən 1938-ci ilin “Münxen sui-qəsdi”nə istinad edərək yazır.

Nəşr qeyd edir ki, şərqi avropalılar üçün Rusiyanın Ukraynaya müdaxiləsi ayrıca hadisə kimi deyil, uzun tarixi prosesin - Rusiyanın Şərqdən Qərbə təzyiqinin tərkib hissəsi kimi qəbul olunur.

“Narahatlığın təməlində sarsılmaz tarixi qorxu dayanır və Putinin Ukraynaya hücumu Buça və İrpen dəhşətləri ilə birlikdə Rusiyanın bütün qonşuları tərəfindən bölüşülən genetik sarsıntıya səbəb olub”, - məqalədə vurğulanır.

Müəllif Polşa Baş naziri Mateuş Moravetskidən sitat gətirir:

“Məhz bu, Estoniyadan tutmuş Bolqarıstana qədər bir qrup ölkəni müharibəni son nəticəyə çatdırmaqda qətiyyətli olmağa – onların yenidən Rusiyanın tələsinə düşməməsini təmin etməyə məcbur edir. Biz başqalarından daha çox şey edirik, çünki başqalarından qazanacağımız və itirəcəyimiz daha çox şey var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər